ALİ TƏHSİLİN ÇİNDƏ ALINMASI ÜÇÜN ƏSAS SƏBƏBLƏR
Sadalananlar, eləcə də ölkənin 5000 illik tarixi, maraqlı mədəniyyəti, nəzakətli və yardıma meyilli əhalisi, eləcə də həm dadlı, həm də tibbi baxımdan zərərsiz mətbəxə malik olması, şəhər infrastrukturlarının yüksək səviyyəsi və s. kimi məqamlar nəticə etibarilə
ÇİNDƏ ALİ TƏHSİL ALMANI ÇOX CƏLBEDİCİ EDİR !
1. Çin hökumətinin təhsilə yanaşması - Tarixən Çin dövlətçilik sistemində təhsilə ciddi önəm verilmişdir. Bu ölkədə ilk universitetin əsası e.ə 124 - cü ildə qoyulmuşdur və bu gün də Çin hökuməti tərəfindən ölkədəki ali təhsil müəssisələrinin keyfiyyət etibarilə dünya səviyyəli universitetlər sırasına çıxarılması istiqamətində məqsədyönlü və planlı iş aparılır. Atılan addımların müsbət nəticəsi Çin universitetlərinin nəginki regional müstəvidə, eləcə də Avropa ölkələri və ABŞ-dan belə tələbələrin yeni təhsil istiqamətinə çevrilməsində özünü göstərir.
2. Zəngin təhsil resurslarının mövcudluğu, ali təhsil müəssisəsi və təhsil proqramının seçimində geniş imkanlar - Çin Xalq Respublikasının (ÇXR) Təhsil Nazirliyinin statistik məlumatına əsasən, ölkədə 3000-dən artıq ali təhsil müəssisəsi fəaliyyət göstərir. Çin universitetləri artan nüfuza malikdir. Bu məqam məzunlara iş imkanları baxımından və ya təhsilin davam etdirilməsi üçün kifayət qədər ciddi avantajlar verir.
3. Beynəlxalq səviyyəli yüksək keyfiyyətli ali təhsil – Çin müxtəlif proqramlar üzrə əcnəbi tələbələrin təhsil alma sayı baxımından Asiya qitəsində 1-ci, dünyada 3-cü yeri tutur.
4. Beynəlxalq səviyyədə nüfuzlu reytinq - “Times Higher Education” təşkilatının reytinq cədvəlinə əsasən, Çin tibb təhsili sahəsində 2024-cü il üzrə dünyanın TOP 200 universiteti arasında 10 universitetlə təmsil olunub (12-ci yer Tsinghua University, 14-cü yer - Peking University, 35-ci yer Honq Konq Universiteti, 43-cü yer - Shanghai Jiao Tong University, 44-cü yer - Fudan University, 55-ci yer - Zhejiang University, 150-ci yer - Sichuan University, 158-ci yer - Huazhong University of Science and Technology, 164-cü yer Wuhan University, 185-ci yer - Tongji University).
5. Təhlükəsizlik və yüksək səviyyəli tibbi xidmət – Çində təhsillə bağlı ən cəlbedici məqamlardan biri də təhlükəsizlik meyarlarının yüksək səviyyədə olması ilə bağlıdır. Digər tərəfdən ölkə ərazisində fəaliyyət göstərən geniş tibb müəssisələri şəbəkəsi hər bir əcnəbi tələbənin üzləşə biləcəyi mümkün tibbi problemlərin aradan qaldırılması üçün bütün növ imkanlara malikdir.
6. Dil baryeri mövcud deyil - Çində ali təhsil müəssisələrində təhsil bir qayda olaraq Çin dilində, ingilis dilli bölümlərdə isə ingilis dilində aparılır. Çin dilinin ingilis dilli bölümlərin tələbələrinə tədrisi 2 formada həyata keçirilir: 1) gündəlik məişətdə istifadə məqsədilə asanlaşdırılmış proqram üzrə - bu qayda Tibb fakültəsi istisna olmaqla digər fakültələrdə keçərlidir, bəzi hallarda Çin dili dərslərinin seçilməsi könüllülük əsasında həyata keçirilir; 2) İngilis dilli Tibb fakültələrində Çin dilinin öyrənilməsi zəruridir, Çin dili üzrə yekun səviyyə imtahanından müvəffəqiyyət qazanılması tibb üzrə diplomun alınması üçün şərtdir. Bu, Tibb fakültələrinin tələbələrinin tədrisin son illərində xəstəxanalarda internatura zamanı tibbi xidmətin bütün mərhələlərində çinlilərlə sərbəst ünsiyyətinin təmin edilməsi ilə izah olunur.
Ölkə əhalisinin əksər hissəsi ingilis dilini bilir, şəhər infrastrukturuna aid olan bütün növ lövhə və nişanların ingilis dilli variantları mövcuddur. Eyni zamanda ölkədə aktiv istifadə olunan mobil tətbiqlər vasitəsilə Çin dilində yazılmış istənilən yazının fotoşəklinin çəkilməsi yolu ilə dərhal tərcüməsinin həyata keçirilməsi mümkündür.
7. Təhsil haqqı - Çində təhsil haqqı universitetlərdən və ixtisaslardan asılı olaraq dəyişir. Ümumən təhsil haqqları, yaşamaq üçün lazım olan gündəlik xərclər Avropa, ABŞ, Kanada, Yaponiya və Cənubi Koreya ilə müqayisədə çox münasibdir.
8. Viza alınması - Qəbul olunmuş tələbələr və onların valideynləri üçün viza prosedurları sürətli və rahat şəkildə həyata keçirilir.
NƏTİCƏ